Salyanda Sahibkarlarla gorüş keçrildi 22 01 2016

 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Salyanda sakinlər və sahibkarlarla görüş keçirilib.Son dövlərdə müşahidə olunan iqtisadi proseslər ,manatın məzənnəsinin dəyişməsindən sonra süni qiymət artımının qarşısının alınması üçün həyata keçirilən tədbirlər,sahibkarlığın inkişafı və istehlak bazarının qorunması ilə bağlı qarşıda duran vəzifələr görüşün əsas müzakirə mövzusu olub. Salyan rayonunda sahibkarlar,iş adamaları, iri ticarət şəbəkələri rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.Görüşdə rayonda sahibkarlığın inkişaf etdirilməsi, yeni istehsal və kənd təsərrüfatı sahələrinin yaradılması, süni qiymət artımına qarşı müvafiq tədbirlərin görülməsi və bu sahədə sahibkarların təklifləri müzakirə edilib.Qeyd edib ki,dövlət daim sahibkarların ,iş adamlarının yandadır, prezident İlham Əliyevin son sərəncam və göstərişləri də bunu bir daha təsdiq edir. Çıxış edən sahibkarlar melorativ tədbirlərin gücləndirilməsi,üzümçülük,pambıqçılıq, heyvandarlıq, taxılçılığın inkişafı ilə bağlı təkliflər verib,onlara göstərilən dövlət qayğısına görə minnətdarlıq ediblər. Əmək tutumlu ,rentabelli sahələrin inkişafı ,yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yüksəldilməsinə xidmət edən təkliflərin həllinə dəstək veriləcəyi bildirilib,müvafiq tövsiyyələr verilib.
  • Müəllif: peris
  • Tarix 22-01-2016, 12:50
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 534
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac