“Space”də yayımlanan “Sevimli şou” bağlanıb 23 01 2016

"Space”də yayımlanan "Sevimli şou” bağlanıb

 
 

Bakı. Fərid Mirzəyev – APA. "”Space” telekanalında yayımlanan "Sevimli şou”nun yayımı dayandırılıb. Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir”.

 

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib: "Buna apardığımız işlər, inzibati tənbeh tədbirləri ilə nail olunub. Yerdə qalan problemlər tədricən aradan qaldırılacaq”.
 
Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar: "Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.

 
Sosial səhifələrdə paylaş

 


  • Müəllif: peris
  • Tarix 23-01-2016, 09:16
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Şəkillər / Şou-Biznes
  • Baxılıb: 498
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac