Bakıda böyük göl təmizlənəcək - 23 yanvar

Bakıda böyük göl təmizlənəcək - 23 yanvar

Bakıda böyük göl təmizlənəcək - FOTO

23 Yanvar 2016 13:11

Bakı ətrafındakı Böyükşor, Zığ, Xocasən, Binəqədi, Lökbatan, Qarabağ, Qu, Zabrat və Bülbülə göllərinin ekoloji durumunun yaxılaşdırılması üçün yeni layihələrin icrasına başlanır.

Milli.Az day.az-a istinadən bildirir ki, bu işlər 2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində aparılır.
Böyükşor su hövzəsinin ekoloji bərpası İqtisadiyyat Nazirliyi yanında "Təmiz Şəhər" ASC-nin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bu layihə iki mərhələdən ibarətdir. Ötən il uğurla başa çatdırılmış ilk mərhələdə gölün 300 hektarlıq sahəsi bərpa olunub, dib təmizlənib, neft tullantıları və kanalizasiya sularının ölə düşməsinin qarşısı alınıb, bənd və bulvar inşa olunub, 80 min ağac və kol əkilib.

İndi ikinci mərhələ başlanacaq. Hazırda Böyükşor və Zığ gölləri ilə bağlı  mühəndis araşdırmaları, layihə-smeta sənədləşdirməsi, habelə ətraf mühitə təsirin hesablanması üzrə sənəd hazırlanır.
Eyni zamanda, Böyükşor gölününün dibinin 380 hektarlıq hissəsinin təmizlənməsinə hazırlıq gedir.
Təmizləmə işləri bu günlərdə başlanacaq.
İşlər başa çatandan sonra Böyükşorun sahilləri istirahət məkanına çevriləcək.

Milli.Az

 


  • Müəllif: peris
  • Tarix 23-01-2016, 09:23
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Şəkillər
  • Baxılıb: 662
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac