dunyatv.az
CANLI YAYIN

Haqsızlıqlardan bezən Nazpəri Dostəliyevadan qəribə qərar 25 01 2016

25-01-2016, 11:25

Haqsızlıqlardan bezən Nazpəri Dostəliyevadan qəribə qərar

"Bağça müdirəsi kimi çalışacam"

Xalq artisti Nazpəri Dostəliyeva "Yoldaş Rövşanə ilə" verilişində ona edilən haqsızlıqlardan bəhs edib.

Gecce.az xəbər verir ki, xalq artisti durumun davam edəcəyi təqdirdə, ölkəni tərk edəcəyini bildirib:

"Efirlərə çıxmağıma kanallar tərəfindən rəsmən qadağan qoyulmayıb. Mətbuat konfransı keçirdim və bu öz təsdiqini tapdı. Amma heç nə dəyişmədi. Heç bir kanalın qapısını döyməmişəm, döymərəm də. Mənim günahım nədir? 14 yaşımdan toylarda iştirak etmişəm. 40 il sərasər toyda olmuşam. Bu gün ayda 20 toya gedirəm. Həyatımdan narazı deyiləm. Alnım açıqdır. Xalqıma qarşı sadiq olmuşam. Heç vaxt xalqıma qarşı bir yalnışım olmayıb ki, buna görə utanım və əziyyət çəkim. Pedaqoji fəaliyyətim mənə rahatlıq gətirir. Eyni zamanda bağça müdirəsi kimi çalışacam. Uşaqları çox sevirəm. Özümə və sənətimə arxayınam. Başqa ölkələrdən də iş təklifi almışam. Ola bilsin, 2-3 ilə o təklifi qəbul edib, başqa ölkədə çalışdım. Məni sevənlərdən küsüb gedə bilmərəm. Anlaşılmazlıq varsa, mən tərəfdən deyil. Burada vəziyyət belə davam eləsə, getmək istəyirəm, çünki fəaliyyətimi dayandırmaq istəmirəm. Vətənimə artıq qonaq kimi gəlib-gedəcəm. 3 ildir, susuram. Televiziya rəhbərlərinə küsüb, vətəni tərk etmək istəyirəm. Onların ixtiyarı nədir, xalq artistinə qeyri-rəsmi qadağalar qoyub, yaradıcılığımı boğsunlar? Nə qədər yaradıcılıq işi görmüşəm, bağlayıb atmışam, evdə qalıb. Bu, haqsızlıqdır, paxıllıqdır, gözü götürməyən bədbəxtlərin işidir. Məni əhatə edən insanların sevgisini də atıb gedə bilmirəm. İki yol ayrıcında qalmışam. Arxivimin 20 faizi yayımlanıb. 80 faizini məndən sonra yayımlayarsınız. Şou-biznesdə bəzi müğənnilərin neçə cür simalarını gördüm. Düşmənim yoxdur, sadəcə məni gözü götürməyənlər çoxdur".

Xalq artisti "Niyə ikinci dəfə ailə qurmadınız?" sualına belə cavab verdi:

"İki oğlum var. Onlara ikinci ata lazım deyildi. Övladlarım məndən, mən də onlardan razıyam. Xarici görünüşümə görə hər kəs məni tez əldə edəcəyini zənn edirdi. Çox etibarlı və sadiq kişi dostlarım var. Amma bir şeyi övladlarım üçün qoruyub saxlamışam. Onları əsl kişi kimi böyütmüşəm".

 



Oxunub: 789

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.