Xırdalanda şagirdi döyən müəllimə şiddətli töhmət, direktora isə xəbərdarlıq edilib 26 01 2016

Xırdalanda şagirdi döyən müəllimə şiddətli töhmət, direktora isə xəbərdarlıq edilib

 
 

Bakı. Fərid Mirzəyev - APA. Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı bu gün məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şuranın iclası keçirilib.

 

Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev APA-ya açıqlamasında deyib ki, Pedaqoji Şuranın iclasında ibtidai sinif müəllimi Sevda Rüstəmovaya şiddətli töhmət elan edilib: "Sevda Rəhimova bir də bu cür hərəkətlərə yol versə, dərhal işdən azad olunacaq”.

 

A. Nağıyev qeyd edib ki, məktəbin direktoru Həcər İbrahimova baş verən hadisəyə görə xəbərdarlıq edilib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə ibtidai sinif müəllimi Sevda Rüstəmovanın 3-cü sinif şagirdini vurduğu əks olunub.

 


  • Müəllif: peris
  • Tarix 26-01-2016, 10:54
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 571
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac