Mikayıl "Sevimli şou"dan danışdı 26 01 2016

Mikayıl "Sevimli şou"dan danışdı 26 01 2016

 

Mikayıl "Sevimli şou"dan danışdı

26 Yanvar 2016 11:36
57 Şərh     Baxış: 5 823

Space TV-də yayımlanan "Sevimli şou"nun eks-aparıcısı Mikayıl Güləddinoğlu proqramdan uzaqlaşdırılmasına münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı açıqlamasında onu ittiham edənlərə cavab verib:

"İndiyə kimi hamıya can deyib, can eşitmişəm. Sosial şəbəkələrdə "Azərbaycan xalqının gözü aydın" yazırlar. Ay oğul, mən Azərbaycan övladıyam, Qarabağ balasıyam... Yazırlar ki, yaxşı oldu, indən belə muğam ifalarına yer verərlər. Sizə qurban olum, mən indiyə kimi nə göstərirdim? Verilişdə muğam ifalarına da yer verirdim. Könül Xasıyeva, Elnarə Abdullayeva, Cabir Abdullayev bəs nə oxuyurdular? Hamıya "qurban olum" demişəm. "Sevimli şou"ya ailə ilə oturub baxmaq olmurdu? Anam da, bacım da, bibim də baxırdılar. Burada nə pis şey var? Qol qaldırıb oynamaq pis idi? Verilişdə şeir demişəm, mahnı oxuyublar. Niyə bir-birimizi baltalayırıq? Qonaq kimi gələn insanları niyə pisləyək? Onlarda anamız, bacımızdır".

Mikayıl onu savadsızlıqda ittiham edənlərə belə cavab verib:

"Musiqi savadım da var, Mədəniyyət və İncənət Universitetini bitirmişəm. Elə qələmə verirlər ki, mən başqa ölkənin vətəndaşıyam. Yıxın, sürüyün məni, baltalayın... Kimə güldən ağır söz demişəm? Mən "Sevimli şou"nu aparanda zalda 500 nəfər qonaq olurdu, gecə 12-yə kimi gözləyirdilər. O 500 nəfər mənim qohumum idi? Yazırlar ki, gələnlərə pul verilir. Mən niyə pul verim?"

Qeyd edək ki, "Sevimli şou"nu "Planet Parni iz Baku"dan tanınan Ramil adlı aktyor aparır.

Xatırladaq ki, proqramın əvvəlki aparıcısı Mikayıl Güləddinoğlu bir neçə gün öncə MTRŞ-nin qərarı ilə verilişdən uzaqlaşdırılıb.

Milli.Az


  • Müəllif: peris
  • Tarix 26-01-2016, 11:15
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Şəkillər
  • Baxılıb: 1 648
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac