Sumqayıtda “Məndən sonra” kitabı işıq üzü görüb (FOTO) 26 01 2016

Sumqayıtda “Məndən sonra” kitabı işıq üzü görüb (FOTO) 26 01 2016  

Sumqayıtda "Məndən sonra” kitabı işıq üzü görüb (FOTO)

 


Sumqayıtda

 

Təbrik Quliyevin yeni kitabı çıxıb. Sumqayıtda "Azəri” Poliqrafiya Mərkəzində işıq üzü görən "Məndən sonra” müəllifin ikinci bədii kitabıdır. Elmi əsərlərindən sonra ilk bədii kitabı "Könül dilləndi” adlanır. Oxucularının görüşünə yeni, işıq üzü görməyən şeirləri, həmçinin səmimi yazıları ilə gələn Təbrik Quliyev hikmət, nüfuz, ziya sahibi olmaqla yanaşı, gözəl qələm dostudur.
''Məndən sonra'' kitabının redaktoru İlhamə Məmmədqızıdır. 

Qeyd edək ki, Təbrik Müzəffər oğlu Quliyev 8 mart 1946-cı ildə Azərbaycanın qədim şəhərlərindən olan Ordubadda ziyalı ailəsində anadan olub. İxtisasca kimyaçı-mühəndisdir. Kimya elmləri namizədidir, kimya elmləri doktoru adını almaq üçün ilkin elmi işini tam başa çatdırıb və 2001-ci ildə ilkin müdafiəni edib. O iki tək müəllif kimi və tanınmış professor Mürşüd Ənnağıyevin rəhbərliyi ilə kollektiv şəkildə yazılmış elmi kitabın müəllifidir. Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. O, Azərbaycan Respublikası Dövlət Mükafatı laueratıdır. Respublikanın Əməkdar Mühəndisi adına, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Bürünc” medalına və "SSRİ-nin səmərələşdiricisi” fəxri adına layiq görülüb. Ailəlidir, üç övladı, yeddi nəvəsi var.
Xeberle.com

- See more at: http://xeberle.com/az/view/19039/sumqaytda-menden-sonra-kitab-isq-z-grb-foto/?#sthash.NKgOUlyr.dpuf
  • Müəllif: peris
  • Tarix 27-01-2016, 10:21
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Esrin Sedasi
  • Baxılıb: 650
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac