Azərbaycanda sahilboyu əraziləri hasara alan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. 28 01 2016

Azərbaycanda sahilboyu əraziləri hasara alan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. 28 01 2016

 

Azərbaycanda sahilboyu əraziləri hasara alan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.

Milli.Az bildirir ki, bunu AZERTAC-a açıqlamasında Milli Məclisin üzvü Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı qanun layihəsi təsdiq olunması üçün Prezident Administrasiyasına göndərilib. Ç.Qənizadə qeyd edib ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə edilən dəyişikliklərdən sonra Xəzər dənizinin Azərbaycan hissəsinin sahil boyu 20-50 metrlik zolağında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz.

Deputat bildirib ki, bu cür addımlar atan şəxslər məsuliyyətə cəlb olunacaq: "Torpaq Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, sahilboyu ərazinin 20-50 metr zonasında hər hansı bir torpağı kiməsə satmaq, bağışlamaq olmaz. Bu yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və ya icarəyə verilə bilər. Qeyd etdiyim əraziləri zəbt edən və ya alğı-satqı ilə məşğul olan şəxslər inzibati məsuliyyət daşıyırlar. İnzibati məsuliyyətdən başqa da həmin əraziləri sonradan öz hesablarına sökməli və əvvəlki vəziyyətlərinə qaytarmalıdırlar".

Deputatın sözlərinə görə, bununla yanaşı Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahil boyu 20-50 metr zolağının altında olan torpaq sahəsi hasarlana və digər üsullarla bağlanıla bilməz. O qeyd edib ki, həmin torpaq sahələrinə gediş-gəliş yalnız dövlətin iqtisadi və təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məhdudlaşdırıla bilər: "Amma Torpaq Məcəlləsinin 46-cı maddəsinə bir əlavə də etmişik. Əlavəyə görə hər 100 metrdən bir sahil boyuna gediş-gəliş üçün 6 metrdən az olmayaraq məsafədə keçid qoyulmalıdır. Yəni əgər dövlət maraqları təhlükəsizlik üçün də hasara alınıbsa da belə 6 metr eni olmaq şərti ilə hər 100 metrdən bir maşınların və insanların gedib-gəlməsi üçün yollar qoyulmalıdır".

Qeyd edək ki, Azərbaycan Respublikasının "Torpaq Məcəlləsi haqqında" Qanununa dəyişikliklər 18 dekabr 2015-ci ildə qəbul edilib.

  • Müəllif: peris
  • Tarix 28-01-2016, 10:01
  • Bölmə: Ana səhifə / Dunyatv / Video / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 445
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac