Əli Həsənov: “Azərbaycan Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini və müdafiəsini təmin edir” 28 01 2016

Əli Həsənov: “Azərbaycan Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini və müdafiəsini təmin edir” 28 01 2016

 

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantı davam edir.

 

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev növbəti günün proqramını elan etdikdən sonra polkovnik Abdulla Qurbani müdafiə nazirinin təsdiq etdiyi plana əsasən 2015-ci ildə yerli icra hakimiyyəti orqanları, müvafiq dövlət və qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən tədbirlərdən və onların Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksəldilməsindəki müstəsna rolundan danışıb.

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxışında Silahlı Qüvvələrin dövlətin əsaslarını təşkil edən mühüm təsisatlardan biri olduğunu, ölkənin təhlükəsizliyini və müdafiəsini təmin etdiyini vurğulayıb. Hərbi kollektivlərin əsasən gənclərdən ibarət olduğunu diqqətə çatdıran Ə. Həsənov şəxsi heyətlə iş zamanı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin əsas aspektlərinin operativ və dolğun şəkildə onlara çatdırılmasını xüsusi qeyd edib. Hərbi qulluqçuların mətin, iradəli, vətənsevər gənc kimi formalaşaraq ictimaiyyətə inteqrasiyasında hərbi xidmətin əvəzsiz rolundan, bu sahədə şəxsi heyətlə iş üzrə zabitlərin potensialından səmərəli istifadənin zəruriliyindən, əsgərlərin dünyagörüşünün milli-mənəvi dəyərlər əsasında formalaşdırılmasından, onlarda Azərbaycan dövlətçiliyinə, dövlətinə, xalqına və Ali Baş Komandanına sədaqət hisslərinin aşılanmasından və bütün bunların ordu quruculuğunda əhəmiyyətindən danışıb.

 

Qlobal maliyyə böhranı və kəskin geostrateji mübarizə şəraitində ölkəmizin mövcud sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti, Silahlı Qüvvələrə göstərilən dövlət qayğısı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tolerantlığın ölkəmizdə həyat tərzi olması və bir sıra vacib mövzulara toxunan Ə. Həsənov toplantı iştirakçılarını maraqlandıran sualları da cavablandırıb.

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının çıxışı da toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb. M. Qurbanlı Silahlı Qüvvələrimizdə həyata keçirilən uğurlu islahatlardan, hərbi, ideoloji işin təşkilində din amilinin rolundan danışaraq qeyd edib ki, Azərbaycan tolerant ölkə olmaqla bu gün dünyanın diqqət mərkəzindədir. O qeyd edib ki, dövlət başçısının 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi haqqında sərəncamı nəinki xalqımız, eləcə də dünyanın bir sıra ölkələri tərəfindən rəğbətlə qarşılanıb və ölkəmizin nüfuzunu daha da artırıb.

 

Sonda şəxsi heyətin sullarını cavablandıran Komitə sədri Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə cari il üçün birgə tədbirlər planının da təsdiq edildiyini nəzərə çatdırıb və bu istiqamətdə tədbirlərin həyata keçirildiyini bildirib.

  • Müəllif: peris
  • Tarix 28-01-2016, 10:19
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 526
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac