Daha bir Gürcüstan kanalı "Azerspace-1" üzərindən yayıma başlayıb 28 01 2016


 

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən "The Georgian Public Broadcasting" (GPB) şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb.

 

"Azərkosmos" ASC-dən "APA-Economics"ə verilən məlumatda bildirir ki, müqaviləyə əsasən, GPB-nin tərkibində fəaliyyət göstərən 2TV ictimai kanalı artıq "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11095/H/27500  tezliyi ilə yayımlanmaqdadır.

 

Qeyd edək ki, 2TV kanalı 1991-ci ildə təsis edilib. Hazırda Gürcüstan əhalisinin 55% tərəfindən izlənilən bu kanal vasitəsilə  gürcü dilində əsasən, ictimai-siyasi və sənədli proqramlar nümayiş olunur.

  • Müəllif: peris
  • Tarix 28-01-2016, 10:51
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 483
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac