Abşeronda “Müəllim-şagird münasibətləri və sinfin idarə edilməsi” mövzusunda seminar keçirilib 28 01 2016

 

Bu gün Abşeron rayonundakıHeydər Əliyev Mərkəzində "Müəllim-şagird münasibətləri və sinfin idarə edilməsi” mövzusunda seminar keçirilib.APA-nın xəbərinə görə, seminarTəhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

 

Seminarda Təhsil Nazirliyinin əməkdaşları, təhsil ekspertləri, Abşeron Rayonu ümumtəhsil müəssisələrinin rəhbərləri və jurnalistlər iştirak edib.

 

Seminarın məqsədinin müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək göstərmək və təhsilin keyfiyyətinin yüksəldilməsində sağlam münasibətlərin rolunu vurğulamaq olduğu açıqlanıb.

 

Seminarda Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə müsbət davranış vərdişlərinin formalaşdırılması, məktəblərdə sağlam mühitin yaradılması, müəllimlərin peşə standartları və etik davranış qaydaları barədə təqdimatla çıxış edib.

 

Seminarda mövcud problemlərin konstruktiv həlli yolları müzakirə olunub.

 

Qeyd edək ki, seminar "APA Holding” və "Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub.

  • Müəllif: peris
  • Tarix 28-01-2016, 12:27
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 531
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac