Məşhur jurnalist yenidən AzTV-də 30 01 2016

Məşhur jurnalist yenidən AzTV-də 30 01 2016

 

Məşhur jurnalist yenidən AzTV-də

30 Yanvar 2016 09:58
Baxış: 85

Modern.az saytının məlumatına görə, tanınmış jurnalist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə işə qayıdıb. O, bundan əvvəl də AzTV-də çalışıb.

V.Əkbər 1993-1998-ci illərdə "Press-Fakt" qəzetində məsul katib, məsul redaktor vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə "Rezonans" qəzetinə rəhbərlik edib. 2001-ci ildə "Həftə-içi" qəzetinin rəhbərliyində təmsil olunub. 2003-2008-ci illərdə "Lider" televiziyasının İçtimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi işləyib. 

2008-2012-ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışıb.

2013-cü ildə "Tezxeber.az" saytını yaradıb.

2014-cü ilin fevralından Tovuzun "Türkel" telekanalında direktor müavini, daha sonra Region TV-də xəbər direktoru işləyib.

Bu həftədən isə Vəli Əkbər yenidən Az TV-nin İnformasiya studiyasının direktor müavini səlahiyyətlərini yerinə yetirməyə başlayıb.

Milli.Az


  • Müəllif: peris
  • Tarix 30-01-2016, 06:16
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Video, Şəkillər
  • Baxılıb: 408
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac