Axı niyə imtahanların nəticələri 20 gündən sonra bilinir? 30 01 2016

Axı niyə imtahanların nəticələri 20 gündən sonra bilinir?

"Uşaq orta məktəbə 10-12 il gedib bilik yığır. Sonra ölçmək lazımdır ki, onun biliyi nə qədərdir, neçə baldır və onun da əsasında ona bir kağız, sertifikat vermək lazımdır. Bu çox əhəmiyyətli bir şeydir, çünki həm gəncin bilik səviyyəsini, həm təhsil sisteminin özünün vəziyyətini, hətta ayrı-ayrı müəllimlərin də keyfiyyətini müəyyən edirsən. Bu çox gözəl şeydir, ona görə də ali məktəblərə qəbul və orta məktəblərin buraxılış imtahanlarını birləşdirmək lazımdır".

Bunu Milli.Az-a açıqlamasında Təhsil məsələləri üzrə ekspert, Milli Məclisin sabiq üzvü və Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin gələcəkdə Azərbaycanda ali məktəblərə qəbulun orta məktəblərdə buraxılış imtahanı əsasında aparılması ehtimalı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Ş.Əsgərov qeyd edib ki, o çoxdan bəri vahid imtahan ideyasının tərəfdarıdır: "Mən hələ 2003-cü ildə "vahid milli test" ideyasını ortalığa atmışam. Bu təkcə mənim ideyam deyil, bu, bəşəri bir dəyərdir. Mən bu məsələdə nümunə kimi həmişə Qazaxıstanı misal çəkmişəm. Çünki biz də sovetlərdən qopmuşuq, onlar da. Biz də türkük, onlar da. Biz də müsəlmanıq, onlar da. Onlar 220000 abituriyenti bir gündə test edir, axşam saat 6-da da hamının qiymətini deyirlər. Biz isə 90000 test edirik, amma qiymətləri 20 gündən sonra deyirik. Axı bunun səbəbi nədir? Niyə imtahanların nəticələri niyə 20 gündən sonra bilinməlidir?  Bunu araşdırmaq lazımdır".

O bildirib ki, vahid imtahan sisteminə keçidin bir neçə üstünlükləri var: "Əgər Məleykə xanım deyirsə, deməli, elə də olacaq. Belə olsa, buna yalnız sevinərəm, alqışlayaram. Çünki bununla biz gəncləri əlavə stress hadisəsindən da qurtarırıq. Belə ki, o artıq iki dəfə yox, bir dəfə imtahan verəcək. Əlbəttə ki, bununla bağlı mexanizmləri də fikirləşib tapmaq olar. Bundan əlavə, bir imtahanın keçirilməsi vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edər. Belə olanda cəmiyyət də rahatlaşar".

Qeyd edək ki, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, gələcəkdə Azərbaycanda qəbul imtahanı yalnız yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslara qəbul olmaq üçün keçirilə bilər. Onun sözlərinə görə, gələcəkdə tələbə qəbulunun, əsasən, buraxılış imtahanlarının nəticələri əsasında aparılmasını istəyirlər: "Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər".

Komissiya sədri əlavə edib ki, həmin ixtisaslara qəbula görə buraxılış imtahanının nəticələrinin nəzərə alınması üçün buraxılış imtahanlarının heç olmasa 5 fənn üzrə keçirilməsi lazımdır. Bunu isə birdən-birə etmək olmaz. Fənlərin sayı tədricən artırılmalıdır. Bundan əlavə, ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır.

İlkin İzzət

Milli.Az

 


  • Müəllif: peris
  • Tarix 30-01-2016, 06:34
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Video, Şəkillər
  • Baxılıb: 346
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac