Xalq artisti dünyasını dəyişdi - FOTO 30 01 2016

  1. Xalq artisti dünyasını dəyişdi - FOTO 30 01 2016

     

    Xalq artisti dünyasını dəyişdi - FOTO

    Xalq artisti Musa Mirzəyev vəfat edib. APA-nın məlumatına görə, M. Mirzəyev bu gün evində dünyasını dəyişib. 

    Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Mirzəyev bu gün II Fəxri xiyabanda dəfn olunacaq.
     
    82 yaşlı bəstəkar mikroinsult diaqnozu ilə müalicə olunurdu. 
     
    Qeyd edək ki, M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün "Polifonik simfoniya", skripka və piano üçün "Romantik poema", piano üçün "Qəmli melodiya", piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.
     
    Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, "Şöhrət" ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.

    Milli.Az

  • Müəllif: peris
  • Tarix 30-01-2016, 06:40
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 576
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 50 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 28 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 40 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 60 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 38 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 51 | Şərhlər: 0 | Müəllif: dunyatv
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Arxiv
Sayğac