"Ola bilsin, gələcəkdə TQDK da ləğv olunsun..." - YENİLƏNİB 30 01 2016

"Ola bilsin, gələcəkdə TQDK da ləğv olunsun..." - YENİLƏNİB

16:14

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birləşməsi Azərbaycan prezidentinin səlahiyyətlərinə aid olan məsələdir". 

APA-nın cənub bürosunun məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. 

O, ölkədə struktur islahatlarının aparılmasına diqqət çəkib: "Müəyyən qurumlar birləşə, bəziləri ləğv oluna bilər. Ola bilsin ki, gələcəkdə TQDK da ləğv olunsun, ya da hansısa strukturun tabeliyinə verilsin. Dediyim kimi, bu, yalnız dövlət başçısının səlahiyyətində olan məsələdir".

------------

10:06

Son vaxtlar təhsil naziri Mikayıl Cabbarovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasında yenidən başlamış "soyuq savaş"ın səbəbi ortaya çıxıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, yaxın günlərdə Təhsil Nazirliyi ilə TQDK eyni qurumda birləşdiriləcək, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq. İddia olunur ki, hakimiyyət daxilində bu layihənin əleyhinə olanlar da var. Təhsil Nazirliyi ilə TQDK-nın birləşməsinin əleyhinə olanlar hesab edirlər ki, bu birləşmə təhsil sahəsində korrupsiyanın miqyasını artıra bilər. Digər tərəfdən, bu qurumlar bir-birinə, demək olar ki, nəzarət funksiyası yerinə yetirirdi. Yəni qurumlar arasındakı rəqabət onların bir-birlərinin fəaliyyətini diqqətlə izləməyi şərtləndirir. Bu qurumlar birləşdiriləndən sonra isə ortadakı rəqabət və bundan doğan nəzarət funksiyası təbii olaraq aradan qalxacaq ki, bu da təhsil sahəsinə ciddi mənfi təsir göstərə bilər. Lakin bütün bunlara rəğmən Təhsil Nazirliyi ilə TQDK-nın bir qurumda birləşdirilməsinin tərəfdarı olanlar da var. Onların başında isə təhsil naziri Mikayıl Cabbarov dayanır. Xüsusilə o, bu layihənin həyata keçməsinə təkid edir.

Hökumət 2016-cı il büdcəsində neftin qiymətinin 25 dollardan hesablanması üzərində işləyir və gözlənilir ki, iqtidar digər sahələrdə olduğu kimi, təhsil sahəsində də vahid qurum yaradılmasına qərar verəcək.

Milli.Az

 


  • Müəllif: peris
  • Tarix 30-01-2016, 06:41
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Video, Sevgi, Şəkillər
  • Baxılıb: 440
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac