SOCAR: “Azərenerji”yə əlavə qaz almaq üçün infrastruktur təklif edilə bilər 01 02 2016

 

SOCAR: "Azərenerji”yə əlavə qaz almaq üçün infrastruktur təklif edilə bilərA

SOCAR:
 
 

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR "Azərenerji” ASC-yə əlavə qaz almaq üçün infrastruktur təklif edə bilər.

 

"APA-Economics”in məlumjatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

 

Onun sözlərinə görə, bu qaz SOCAR-a lazım deyil: "Bu qaz "Azərenerji”nin qaza olan tələbatını ödəmək üçün lazımdır. Biz də onlara kömək etməyə hazırıq. Əgər hökumət göstəriş versə və istənilən hər hansı tədarükçü ilə danışıqlarda razılıq əldə olunsa, bu il artıq qaz almaq mümkün olacaq”.

 

Qeyd edək ki, ötən ilin dekabr ayında SOCAR prezidenti Rövnəq Abdullayev Rusiyada "Qazprom” şirkətinin rəhbəri Alekey Miller ilə görüşündə Rusiya şirkətinin Azərbaycana əlavə qaz həcmlərinin artırılması ilə razılıq əldə edilib.  

  • Müəllif: peris
  • Tarix 1-02-2016, 07:58
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 415
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac