"Məsələ çox ciddidir" - Bananlardakı xəstəlik şayiəsi ilə bağlı AÇIQLAMA 01 02 2016

"Məsələ çox ciddidir" - Bananlardakı xəstəlik şayiəsi ilə bağlı AÇIQLAMA 01 02 2016

 


"Məsələ çox ciddidir" - Bananlardakı xəstəlik şayiəsi ilə bağlı AÇIQLAMA

Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
Bu gün [11:51]
Baxılıb :
395 dəfə

 

Meyvələrin içərisinə dəhşətli xəstəlik daşıyıcısı olan qan yeridildiyinə dair məlumatlar yayılıb. Rəylər müxtəlif, məsələyə ciddi yanaşanlar da var, yanaşmayanlar da...

Artıq bir neçə gündür sosial şəbəkələrdə, tərkibində yoluxucu xəstəlik olan bananların satılması ilə bağlı xəbərlər yayılır. İddia olunur ki, ölkəyə gətirilən bananlara iynə vasitəsilə qan xəstəliyi yeridilir. Hətta içərisində qırmızı ləkələr olan bananın şəkli bir neçə saytlarda da yayılıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında bu xəbərləri inandırıcı hesab etmədiyini deyib: "Banan Azərbaycanda 200% baha qiymətlə satılır. Əlavə olaraq ölkəyə geni dəyişdirilmiş bananlar da gətirilir. Lakin, məqsədli şəkildə bu meyvəyə qan xəstəliyinin yeridilməsi şayiədir".

Tibbi ekspert, həkim Rasif Bağırov isə Sputnik-ə deyib ki, qan xəstəliklərinin yaranması olduqca mürəkkəb prosesdir və tibb elmi konkret olaraq bunun səbəbini hələ də açıqlaya bilməyib. Ekspert də yayılan məlumatı şayiədən hesab edir.

"Qan xəstəliyini hər hansı bir formada kiməsə keçirmək mümkün deyil. Çünki qan xəstəliklərinin yaranması insan orqanizmində çox mürəkkəb, yaranma səbəbi bəlli olmayan proseslərdən keçir. Heç kim deyə bilməz ki, filan səbəbdən kimdəsə qan xəstəliyi yaranıb", -deyə R. Bağırov bildirdi.

Onun sözlərinə görə, bu haqda meydana atılan nəzəriyyələr hələ ki nəzəri faktor olaraq qalır: "Yəni obyektiv proseslərə əsaslanmır. Ümumiyyətlə tibbdə qan xəstəliyi yarada biləcək hansısa bir faktor yoxdur. Belə bir proses bəlkə olsa-olsa, Amerikanın gizli laboratoriyalarında kütləvi qırğın məqsədi ilə hazırlana bilər. Ancaq bu özü sadəcə ehtimaldır. Sözüm odur ki, banan meyvəsi ilə bağlı yayılan məlumat şayiədir, heç bir panikaya əsas yoxdur".

Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə iddia edir ki, məsələ çox ciddidir və dövlət bunu təcili araşdırmalıdır. Onun fikrincə, qan elementi nümunəsinin meyvəyə keçirilməsi müəyyən risklər yaradır.

"Lakin yada salmaq lazımdır ki, virus həyatın qeyri-hüceyrəvi formasıdır. O yalnız canlı orqanizmə düşəndən sonra onun resurslarından istifadə edib çoxala bilir. Viruslar canlı həyatdan kənarda artıb çoxala bilmir", - deyə ekspert vurğuladı.

Onun sözlərinə, əgər bu, mümkün olsaydı, Yer kürəsində bəlkə də həyat qalmazdı: "Məsələnin ciddiliyinə gəlincə, bu doğrudan da ciddi məsələdir. Həmin meyvəyə nə yeridilib, hansısa infeksiya var, ya yoxdur, varsa, nə məqsədlə edilib? Dövlətin aidiyyatı qurumları bunu çox diqqətlə və həssas araşdırmalıdır. Çünki bu, cinayət tərkibi olan hadisədir".
A. Qeybulla qeyd edib ki, hər bir ölkənin milli təhlükəsizliyi ilə yanaşı, ərzaq, dərman təhlükəsizliyi konsepsiyaları da var: "Bu, birbaşa genofondun sağlamlığı ilə bağlı olan məsələdir. Lakin təəssüflər olsun ki, dövlət mövzu ilə bağlı gözlə görünən ciddi reaksiya verməyib. Dünyanın ən yüksək səviyyəli laboratoriyalarını cəlb etmək lazımdır ki, məsələni araşdırsın".

Məsələnin həm də kütləvi cinayət xarakteri daşıdığını nəzərə alaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, onlarda belə bir məlumat yoxdur və heç bir şikayət daxil olmayıb.
  • Müəllif: peris
  • Tarix 1-02-2016, 09:04
  • Bölmə: Ana səhifə / Dunyatv / Video / Sevgi / Şəkillər
  • Baxılıb: 1 082
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac