Azərbaycanla İranın gömrük xidmətləri əlaqələri genişləndirir 01 02 2016

 


Azərbaycanla İranın gömrük xidmətləri əlaqələri genişləndirir

Azərbaycanla İranın gömrük xidmətləri əlaqələri genişləndirir
 
 

Bakı - APA-Economics. Bu gün İran İslam Respublikasının Culfa Gömrük İdarəsində bu ölkənin və Azərbaycan gömrük xidmətlərini təmsil edən nümayəndə heyətləri arasında görüş keçirilib.

 

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan tərəfdən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Naxçıvan DGK-nin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İran tərəfdən isə bu ölkənin Şərqi Azərbaycan Regional Gömrük İdarəsinin rəisi Ələsgər Abbaszadə və İran Gömrük Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Əhəd Pərahan iştirak edib.

 

Görüş çərçivəsində dövlətdaxili prosedurlara təqdim etmək məqsədilə iki dövlətin  gömrük xidmətləri arasında  gömrük işi sahəsində qarşılıqlı inzibati yardım, eləcə də mal və nəqliyyat vasitələri haqqında məlumatların elektron qaydada əvvəlcədən  ötürülməsini nəzərdə tutan sənəd layihələrinin işlənib hazırlanması, həmçinin Azərbaycan və İran arasında fəaliyyət göstərən sərhəd-keçid məntəqələrinin 24 saatlıq rejimə keçidlə bağlı işlərin davam etdirilməsi və digər ümumi maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

 

Görüş zamanı iki dövlətin ərazilərindən istifadə etməklə tranzit daşımalarının artırılması üçün daha münbit şəraitin yarandığı və gömrük işi sahəsində əməkdaşlığın daim inkişaf etdiyi diqqətə çatdırılaraq bu əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müvafiq addımların atılması haqqında razılıq əldə olunub.

 

Xatırladaq ki, görüşdə İranın Naxçıvandakı Baş konsulunun müavini Əli Məhəmmədi də iştirak edib.

 

Gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə nümayəndə heyətlərinin görüşləri fevralın 2-də Naxçıvan Muxtar Respublikasında davam etdiriləcək.

  • Müəllif: peris
  • Tarix 1-02-2016, 13:54
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 517
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac