Sevda Yahyayeva: "Hər kəs büdcəsinə görə alış-veriş edir" 01 02 2016

 

Sevda Yahyayeva: "Hər kəs büdcəsinə görə alış-veriş edir"

Müğənni Sevda Yahyayeva geyimləri barədə danışıb. Milli.Az-a açıqma verən müğənni paltarın qiymətindən çox, yaraşması və keyfiyyətinə fikir verdiyini söyləyib."Mən heç vaxt bütün geyimlərimin bahalı olmasına can atmıram. Hər kəs büdcəsinə görə alış-veriş edir. Ümumiyyətlə, çalışıram, özümə yaraşan paltarlar geyinim. Paltarın qiymətindən çox, keyfiyyəti əsasdır. Heç vaxt geyimim mütləq bahalı butiklərdən olmalıdır deyə özümə şərt qoymuram . İnsanın öz zövqü olmalıdır və özünə yaraşanı bilməlidir".Müğənni vaxtı ilə geyim yarmarkalarına üz tutduğunu da açıqlayıb:

"Sonuncu dəfə heç bir geyim yarmarkasına üz tutmamışam. Özüm üçün bəyəndiyim bir paltar tikdirmişdim. Lakin əlbəttə, mən özüm də o dükanlara, yarmarkalara müraciət etmişəm. Hətta bəzən şəhərin tanınmış butiklərində tapa bilmədiyini o yarmarkalarda tapmaq mümkündür. Çünki çeşidlər daha çoxdur".

İstedadlı müğənni özündən öncə geyinilən paltara heç vaxt yaxın durmadığını da vurğuladı. "Bir libasdan xoşum gəlsə belə, onu məndən öncə geyinən varsa, heç vaxt həmin paltarı almaram. Çünki müğənni fərqli geyinməlidir, səhnədə yalnız səsi ilə deyil, görünüşü ilə də diqqət çəkməlidir. Həmin paltarı məndən öncə geyinən olubsa, kimsəni təkrarlamaq istəmərəm".

 

  • Müəllif: peris
  • Tarix 1-02-2016, 14:26
  • Bölmə: Ana səhifə / Dunyatv / Video / Sevgi / Şəkillər / Şou-Biznes
  • Baxılıb: 1 174
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac