“Donuz qripi” qeydə alınan ölkələrdən Azərbaycana gələnlər müayinədən keçirilir 01 02 2016

“Donuz qripi” qeydə alınan ölkələrdən Azərbaycana gələnlər müayinədən keçirilir 01 02 2016

 

"Donuz qripi” qeydə alınan ölkələrdən Azərbaycana gələnlər müayinədən keçirilir

 
 

Bakı. Fərid Mirzəyev - APA. "Hazırda Azərbaycanda epidemioloji durum stabildir və daim nəzarətdədir. Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu tapılmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib”.

 

APA-nın xəbərinə görə, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova "Tibb” qəzetinə verdiyi müsahibədə deyib.

 

O bildirib ki, bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır: "Ona görə də profilaktik, müalicəvi və əks-epidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların səfərbər edilməsi tələb olunurdu. Bunu nəzərə alaraq, hələ 8 dekabr 2015-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb. Sənəddə ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb”.


Direktor müavini qeyd edib ki, sərhəd keçid məntəqələrində lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir: "Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd keçid məntəqələrində müayinədən keçirilir. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılır.


Eyni zamanda, 3 tibb müəssisəsində – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb. Bu virus aşkarlanarsa, ölkəmizdə müalicənin aparılması üçün lazımi şərait, kifayət qədər dərman ehtiyatı var”.

 

  • Müəllif: peris
  • Tarix 1-02-2016, 14:40
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Sevgi / Şəkillər / Sağlamlıq (Tibb)
  • Baxılıb: 528
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac