dunyatv.az
CANLI YAYIN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub 02 02 2016

2-02-2016, 06:55

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub
 
 

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub.

 

Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

 

Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

 

O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

 

Onu da xatırladaq ki, Ə. Abdullayevdən öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri vəzifəsini Vidadi Zeynalov tutub.

 

V. Zeynalov ötən ilin oktyabrın 27-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 314 maddələri ilə cinayət işi başlanıb. 



Oxunub: 731

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.