Dünyada yeni bəla yayılır 02 02 2016

Dünyada yeni bəla yayılır 02 02 2016

 

Dünyada yeni bəla yayılır - FOTO


Ümumdünya Səhiyyə Təşkilatı (World Health Organisation) Zika virusunu beynəlxalq miqyasda səhiyyə sahəsində fövqəladə vəziyyət kimi dəyərləndirib.

Milli.Az ABC-yə istinadən bildirir ki, ÜST-ün dünən keçirilmiş fövqəladə toplantısında aparılmış müzakirələr nəticəsində Zika virusu ilə bu virusa yoluxmuş hamilə qadınların bətnində dölün anomaliyaları arasındakı əlaqənin "həddən artıq yüksək" olduğu vurğulanıb.

Belə anomaliyalar arasında mikroensefaliya da var.

Rəsmi məlumatlara görə, Braziliyanın 18 ştatında Zika qızdırmasına yoluxmaqla bağlı 500 mindən artıq fakt qeydə alınıb. Peru və Venesuelada da bu xəstəlik yayılmağa başlayıb. Bundan başqa, Sakit Okean regionundakı bir sıra ölkələrdə, habelə Avropa və ABŞ-da da Zika virusu qeydə alınıb.

ÜST-ün açıqlamasında bildirir ki, Zika virusu ifrat yorğunluq, başağrıları, konyuktivit, dəridə səpmələr, qızdırma, əzələ və oynaqlarda ağrılara səbəb olur. Virusa yoluxmuş insanda bu simptomlar 2-7 gün müşahidə olunur. Virusa yoluxmuş insan istirahət etməli, çoxlu su içməli, qızdırma simptomlarına qarşı dərman preparatları qəbul etməlidir.

Zika virusunu ağcaqanadlar yayırlar. Hazırda xəstəliyə qarşı ən effektiv profilaktika bu həşəratlardan qorunmaqdır.

  • Müəllif: peris
  • Tarix 2-02-2016, 07:09
  • Bölmə: Ana səhifə / Dunyatv / Sevgi / Sağlamlıq (Tibb)
  • Baxılıb: 465
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac