dunyatv.az
CANLI YAYIN

QIŞDA KÖKƏLMƏK İSTƏMƏYƏNLƏR ÜÇÜN İPUCLARI 04 02 2016

4-02-2016, 08:10

QIŞDA KÖKƏLMƏK İSTƏMƏYƏNLƏR ÜÇÜN İPUCLARI 04 02 2016

 

QIŞDA KÖKƏLMƏK İSTƏMƏYƏNLƏR ÜÇÜN İPUCLARI


Qışda kökəlmək istəməyənlər üçün ipucları


Statistika göstərir ki, insanlar qışda, təxminən, 2-4 kiloqram kökəlir. Bunun qarşısını alamq üçün isə ilk növbədə iştahanı idarə etməyi bacarmaq lazımdır.

Qadin.az publika.az-a istinadən iştahanı kəsən qidaları təqdim edir: 

Soyuq havalarda kökəlməmək üçün ən yaxşı üsul təbii iştahkəsicilərdən faydalanmaqdır.

Avokado: yüksək miqdarda təbii yağ ehtiva edən avokado insanı uzun müddət tox saxlayır. Salatlara əlavə edib və ya qəlyanaltı zamanı qara çörəyin, sadə biskvitlərin üzərinə çəkərək yeyə bilərsiniz. Avokadonun kalorisi çoxdur. Odur ki, gündə yarım avokado yeməyiniz məsləhətdir.

Yumurta: yüksək zülal ehtiva edən yumurtanın həzmi xeyli vaxt alır. Ona görə də, tox qalmağa kömək edir.

Şirin kartof: elm adamları şirin kartofun tərkibindəki xüsusi nişasta növünün insanı tox saxladığını isbat ediblər. Şirin kartof A və C vitaminləri ilə zəngin olduğu üçün qış xəstəliklərindən qorunmağa kömək edir.

Pul bibər: yarım çay qaşığı qırmızı istiot maddələr mübadiləsinin kalori yandırma sürətini artırır, iştahanı isə kəsir.

Badam: bu çərəz sağlamlıq üçün faydalı yağlar ehtiva edir. Həm tox saxlayır, həm də enerjili hiss etdirir.


Oxunub: 1 224

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.