dunyatv.az
CANLI YAYIN

“Qarabağ” və “Qəbələ” ilin ilk qələbəsi arzusunda 04 02 2106

4-02-2016, 09:28

 

"Qarabağ” və "Qəbələ” ilin ilk qələbəsi arzusunda

Sabah Topaz Premyer Liqasının XX turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək tur paytaxt derbisi ilə başlayacaq.

 

2016-cı ilə qələbəylə başlayan "Neftçi” çempionatın autsayderi "Rəvan”ı sınağa çəkəcək. II dövrədə öz meydanında gözlənilmədən uduzan "ağ-qaralar” həmin uğursuzluğun revanşını almağa çalışacaqlar. 6 oyundu qələbənin nə olduğunu bilməyən "Rəvan” üzərində qələbə Əsgər Abdullayevin yetirmələrinin ən azı iki günlük iki pillə irəliləməsinə səbəb olacaq. Bu görüşün öncədən autsayderin meydanında keçirilməsi nəzərdə tutulsa da, matçın ev sahibi "ağ-qaralar” olacaq.

 

Turun ikinci günündə 2 qarşılaşma baş tutacaq. "Qarabağ”la xal fərqini 3-ə endirmək üçün meydana çıxacaq "Zirə” "Sumqayıt”ın qonağı olacaq. 3 turdu qələbə qazanmayan Samir Abasovun yetirmələri Premyer Liqanın debütantını məğlub edib, xal hesabını artırmağa çalışacaqlar. Paytaxt təmsilçisi isə qərarlaşdığı 2-ci pilləni qorumaq üçün ən azı 1 xal qazanmalıdı.

 

Günün digər oyununda "Qarabağ” "Xəzər Lənkəran”ı sınağa çəkəcək. Son 4 matçda qalib gələ bilməyən Qurban Qurbanovun yetirmələri uğursuz seriyanı qırmaq əzmindədilər. Son 3 görüşdə qol buraxan Ağdam klubu 8 matçdı qol vurmayan rəqibi itkisiz keçmək niyyətindədi. Çempionun xal itkisi liderlərin ona yaxınlaşması ilə nəticələnəcək.

 

Mövsümün ikinci yarısına qələbə ilə start verən komandaların Gəncədəki dueli turun son gününə təsadüf edəcək. 6 turdu qol buraxmayan AZAL "Kəpəz”in qonağı olacaq. Paytaxt təmsilçisi 4 turluq qələbə seriyasını davam etdirməklə mövqeyini daha da yaxşılaşdırmaq iddiasındadı. Gəncəlilər isə 6 matçdı meydanı xalsız tərk etmirlər.

 

Tura ötən mövsümün mükafatçıları "İnter”lə "Qəbələ” arasında mərkəzi oyunla yekun vurulacaq. İlə uğursuz başlayan komandalar ötən turda aldıqları məğlubiyyəti unutdurmaq üçün 3 xal qazanmalıdılar. Rəqiblər liderlər qrupundakı mövqeyini yaxşılaşdırmaq üçün turu itkisiz keçməlidilər. Son 4 görüşdə qələbə qazana bilməyən əyalət təmsilçisi qələbə qazansa, rəqibini arxada qoya bilər.


Oxunub: 776

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.