Milli Bankın İdarə Heyətinin Sədri Elman Rüstəmov Neftçala rayon ictimaiyyəti ilə görüşüb. 04 02 2016

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Milli Bankın İdarə Heyətinin Sədri Elman Rüstəmov Neftçala rayon ictimaiyyəti ilə görüşüb. Görüşdə Prezident İlham Əliyevin əhalinin məşğulluğunun təmin edilməsi, onun sosial müdafiəsinin gücləndirilməsi, dinamik iqtisadi inkişaf və regionların potensial imkanlarının hərəkətə gətirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr müzakirə olunub.

2014-2018-ci illər Dövlət Proqramının icrasının ikinci ildönümünə həsr olunan konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr haqqında məlumat verən Mərkəzi Bankın Sədri Elman Rüstəmov bildirib ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar,neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin edib. Gəlirlərin azalmasına baxmayaraq əhalinin sosial müdafiəsi gücləndirilir,bir sıra sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər artırılıb. Görülən işlər, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlət başçısı tərəfindən qəbul edilən qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Qarışılıqlı dialoq şəraitində keçən görüşdə Elmar Rüstəmov onu da qeyd etdi ki, Neftçalanın sosial-iqtisadi inkişafı ilə bağlı lyihələrin icrasında Mərkəzi Bank rayonla əməkdaşlığa hazırdır. Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə qeyd edib ki, 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev verdiyi tapşırıqların icrası ölkənin, eləcə də Netçalanın inkişafı üçün böyük imkanlar yaradır. Görüş iştirakçılarını maranqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səslənib.



  • Müəllif: Ali
  • Tarix 4-02-2016, 10:33
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər / Esrin Sedasi
  • Baxılıb: 747
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac