Masazırda qaz sızması rayonunda tədqiqatlar aparılıb, təhlükəli zonalar müəyyənləşdirilib 04 02 2016

 

Masazırda qaz sızması rayonunda tədqiqatlar aparılıb, təhlükəli zonalar müəyyənləşdirilib


 Masazırda qaz sızması rayonunda tədqiqatlar aparılıb, təhlükəli zonalar müəyyənləşdirilib
 
 
Fəxrəddin Qədirov: "Şamaxıdan başlamış Gürcüstan sərhədinə qədər böyük gərginlik toplanır, bu, güclü zəlzələlərin baş verməsinə yol aça bilər”

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın Yer Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə edilib. 

 

APA-nın məlumatına görə,  AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov deyib ki, 2015-ci ildə Yer Elmləri Bölməsinə daxil olan institutlar tərəfindən radon təhlükəsinin azaldılması istiqamətində ölkə üzrə tədqiqatlar aparılıb, təhlükəli zonalar ayırd edilib.

 

Masazır qəsəbəsində qaz sızması rayonunda tədqiqatlar aparılıb, təhlükəli zonalar müəyyənləşdirilib və hökumətə təkliflər verilib.  Keçən il 14 elmi problemi əhatə edən 35 mövzu üzrə tədqiqatlar aparılıb,  5 mövzu tamamlanıb. Bölmədə 4 mühüm nəticə əldə edilib. Məsələn, ilk dəfə olaraq real hidravliik sistemlərdə mənfi təzyiq dalğaları qeydə alınıb, Bayılda amfiteatrında monitorinq aparılıb,  zəlzələ və sürüşmələr zamanı geomorfologiyanın necə dəyişdiyi təhlil olunub: "Respublika Seysmoloji Xidmət Mərkəzi qarşılarına qoyulan vəzifələri uğurla yerinə yetirirlər. Mərkəzin sistemi dünyada ən güclü seysmik stansiyalar sisteminə daxil edilib. Keçən il Azərbaycanda baş verən 3 güclü zəlzələnin də parametrləri öyrənilib.  Ümumiyyətlə, 2015-ci il çox seysmik aktiv il olub. Keçən il ən güclü zəlzələ  5,9 maqnitudalı Şəki zəlzələsi olub. Aparılan tədqiqatlar göstərdi ki, Şamaxıdan başlamış Gürcüstan sərhədinə qədər böyük proseslər gedir, gərginlik toplanır. Belə qərara gəldik ki, proses belə getsə, bu, güclü zəlzələlərin baş verməsinə yol aça bilər”.

 

F. Qədirov qeyd edib ki,  Yer Elmləri Bölməsinin elmi problemlərinin həllində "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin yeni məlumatlarından geniş istifadə edilməlidir.   

 

Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib və AMEA-nın illik hesabatına daxil edilib.  

  • Müəllif: Ali
  • Tarix 4-02-2016, 13:31
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 462
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac