Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ 10 02 2016


Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

10 Fevral 2016 11:47
0 Şərh     Baxış: 544

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu aşkarlanmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda epidemioloji durum stabildir və daim nəzarətdədir: "Amma bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır. Ona görə də profilaktik, müalicəvi və əks-epidemioloji tədbirlər həyata keçirilir, ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarət gücləndirilib. Ölkəmizin sərhəd-keçid məntəqələrində lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd-keçid məntəqələrində müayinədən keçirilirlər. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılırlar".Nazirlikdən qeyd edilib ki, Azərbaycanda bu virus aşkarlanarsa, müalicənin aparılması üçün lazımi şərait, kifayət qədər dərman ehtiyatı var.  Qeyd edək ki, "donuz qripi" təhlükəsi ilə əlaqədar hazırda Azərbaycanın 4 böyük şəhərində - Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki təhsil müəssisələri dezinfeksiya edilir.  Azərbaycanda 3 tibb müəssisəsində - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb.  Xatıladaq ki, Gürcüstanda 2016-cı ilin əvvəlindən "donuz qripi" xəstəliyindən 10 nəfər, H3N2 virusundan isə bir nəfər dünyasını dəyişib. Türkiyədə bu ilin əvvəlindən təxminən 500 şəxsdə H1N1 virusu aşkarlanıb. 


  • Müəllif: Ali
  • Tarix 10-02-2016, 08:30
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Video, Şəkillər, Sağlamlıq (Tibb), Esrin Sedasi
  • Baxılıb: 226
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Апрель 2017    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac