dunyatv.az
CANLI YAYIN

Bəzi yerlərdə yağış yağacaq 10 02 2016

10-02-2016, 08:39

Bəzi yerlərdə yağış yağacaq 10 02 2016

 

Bəzi yerlərdə yağış yağacaq


Bəzi yerlərdə yağış yağacaq
 
 

Bakı. Fərid Mirzəyev - APA. Fevralın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-4 isti, gündüz 6-10 isti, Bakıda gecə 2-4 isti, gündüz 7-9 dərəcə isti olacaq.

 

Fevralın 11-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 isti, dağlarda gecə 4-9 şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. 


Oxunub: 730

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.