dunyatv.az
CANLI YAYIN

“Nar” yeni kampaniyaya başlayıb 11 02 2016

11-02-2016, 13:20

“Nar” yeni kampaniyaya başlayıb 11 02 2016

"Nar” yeni kampaniyaya başlayıb


 
 

Bakı. Vüsal Nəbiyev – APA-Economics. "Nar” və "World Telecom” (WT) mağazalar şəbəkəsi yeni kampaniyaya başlayıb.

 

Mobil operatordan "APA-Economics”ə verilən məlumata görə, mart ayının sonuna kimi WT mağazalarından "Huawei Ascend G526” və ya "Ascend Y220” smartfonunu alan hər kəsə "Nar”dan pulsuz nömrə və 6 ay ərzində hər ay bonus olaraq balans və internet paketi təqdim olunur.

 

Kampaniya çərçivəsində "World Telecom” dükanlarında "Huawei Ascend G526” və ya "Ascend Y220” smartfonunu ilkin ödənişsiz, nağd qiymətə və 12 ay ərzində hissə-hissə ödəmək şərtilə almaq mümkündür. Sərfəli şərtlərlə yeni smartfon almaq istəyənlər kampaniya barəsindəki ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilər. 



Oxunub: 539

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.