Bahar Azərbaycana martın 20-də gələcək 15 02 2016

 

Bahar Azərbaycana martın 20-də gələcək


Bahar Azərbaycana martın 20-də gələcək
 
 

Bakı. Fərid Mirzəyev – APA. Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində baş verəcək.

 

APA-nın xəbərinə görə, bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək: "Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir”.

 

X. Mikayılov qeyd edib ki, Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq: "Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir”.

 

Direktor müavini əlavə edib ki, martın 15-i Azərbaycanda axır çərşənbə, fevralın 23-ü isə ilk çərşənbədir.

  • Müəllif: Ali
  • Tarix 15-02-2016, 06:51
  • Bölmə: Ana səhifə / Dunyatv / Video / Sevgi / Şəkillər
  • Baxılıb: 634
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac