Yerli məşhurların Sevgililər günü hədiyyələri 15 02 2016

Yerli məşhurların Sevgililər günü hədiyyələri 15 02 2016

Yerli məşhurların Sevgililər günü hədiyyələri

14 fevral Dünya sevgililər günüdür. Hər kəs kimi tanınmış simalar da özəl gündə hədiyyələr alıb. 

Milli.Az axşam.az-a istinadən məşhurların bayram fotolarını təqdim edir:

Xalq artisti Məleykə Əsədova üçün qızı Gülər sürpiz hazırlayıb. "Allah qızımı mənə çox görməsin. Mənə də ömür versin ki, onun xoş günlərini görüm. Mənim tükənməz sevgim", - deyə aktrisa bildirib. 

Əməkdar artist Abbas Bağırov ilk dəfə şəxsi həyatı ilə bağlı paylaşım edib. Müğənni sevgilisi üçün aldığı hədiyyəni yayımlayaraq "Mən ona demək istəyirəm ki, səni çox sevirəm" sözlərini yazıb. 

Müğənni Gülay Zeynallıya idmançı həyat yoldaşı Kamil Zeynallı gül dəstəsi bağışlayıb. Sənətçi fotosunu "Xanımlarımıza yalnız qadın xoşbəxtliyi arzulayıram" şərhi ilə paylaşıb.

Aparıcı İlkin Həsəni sevgilisinə aldığı gül dəstəsinin şəklinə "Dedim ki, mən səni hər gün sevirəm. Dedi, yaxşı" sözlərini qeyd edib. 

Müğənni Natavan Həbibi özəl gündə sırğa və üzük hədiyyə alıb. O, hədiyyəsini "Mənim hədiyyəm gəldi. Deyin mübarəkdir" sözləri ilə paylaşıb.

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçinlə şam yeməyinə çıxıb.

Müğənni Samir Piriyev həyat yoldaşı Anara üçün "A" formasında gül dəsti hazırlatdırıb.

Müğənni Elvin Abdullayev həyat yoldaşı Afətlə birlikdə şam yeməyinə çıxıb. O, birlikdə çəkdirdikləri şəkili "Sevginiz heç bir zaman bitməsin. Həmişə seviləsiniz əzizlərim" şərhi ilə paylaşıb.

Aparıcı Zemfira Adıgözəlova Sevgililər günündə aldığı gül dəsti və tortunun şəklinə "Sevgilim, diqqətinə görə çox sağ ol" sözlərini yazıb.

Müğənni Lətifə Soyuöz həyat yoldaşı Dənzin ona bağışladığı gülünü paylaşaraq, "Sevgililər gününüz mübarək" şərhini qeyd edib. 

 



  • Müəllif: Ali
  • Tarix 15-02-2016, 12:18
  • Bölmə: Ana səhifə / Dunyatv / Sevgi / Şəkillər / Şou-Biznes
  • Baxılıb: 2 735
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac