Azərbaycanda ata 6 yaşlı oğlunun boğazını kəsdi 16 02 2016

Azərbaycanda ata 6 yaşlı oğlunun boğazını kəsdi 16 02 2016

 

Azərbaycanda ata 6 yaşlı oğlunun boğazını kəsdi

Beyləqanda dəhşətli qətl törədilib.

Milli.Az bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
 
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
 
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

  • Müəllif: Ali
  • Tarix 16-02-2016, 06:15
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 520
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac