Azərbaycan prezidenti Gəncədə körpələr evinin açılışında iştirak edib 17 02 2016

Azərbaycan prezidenti Gəncədə körpələr evinin açılışında iştirak edib


Azərbaycan prezidenti Gəncədə körpələr evinin açılışında iştirak edib
 
 

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

 

APA-nın məlumatına görə, prezident körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.

 

Dövlət başçısına məlumat verilib ki, körpələr evi-uşaq bağçası 1989-cu ildə inşa edilib. Əsaslı təmir işlərinə 2014-cü ilin avqustunda başlanılıb. Binanın ümumi sahəsi 13 min, tikintialtı sahəsi isə 2 min kvadratmetrdən artıqdır.

 

Diqqətə çatdırılıb ki, bağçada 9 qrupda hazırda 164 körpə var. Onlardan 64-ü "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində çalışan işçilərin övladıdır. 

  • Müəllif: Ali
  • Tarix 17-02-2016, 09:48
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 465
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac