Xaçmazda baş verən qəzada 2 nəfər ölüb 18 02 2016


Xaçmazda baş verən qəzada 2 nəfər ölüb - YENİLƏNİB
 
 

Xaçmaz. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Gəndov-Yalama yolunun 31-ci km-də, magistralın Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Xudat şəhər sakini Nüsrətov Ruslan Xanəhməd oğlunun idarə etdiyi «10 GD 313» dövlət nömrə nişanlı "KİA” markalı avtomobil qarşıdan gələn 1985-ci il təvəllüdlü Xaçmaz rayonunun Şərif-oba kənd sakini Zeynalov Şıxbala İslam oğlunun idarə etdiyi «27 BF 054» nömrə nişanlı "VAZ 21 06” markalı nəqliyyat vasitəsilə toqquşub.

 

Toqquşmadan sonra idarəetmədən çıxan "VAZ 2106” markalı avtomobil qarşı zolaqda hərəkət edən 1992-ci il təvəllüdlü Xaçmaz rayon sakini Şükürov Rövşən Şahbala oğlunun idarə etdiyi "27 BN 917” dövlət nömrə nişanlı "VAZ 21093” markalı nəqliyyat vasitəsinə çırpılıb.

 

Nəticədə "VAZ 2106”-nın sürücü Şıxbala Zeynalov və sərnişini 1989-cu il təvəllüdlü Xaçmaz rayon sakini Cavadov Elvin Elsevər oğlu dünyasını dəyişib. Hadisə zamanı Xaçmaz rayon sakinləri 1988-ci il təvəllüdlü Orucov Vüsal Məhəmməd oğlu, 1988-ci il təvəllüdlü Nüsrətov Ruslan Xanəhməd oğlu, 1993-cü il təvəllüdlü Zamanov Nadir Allahverdi oğlu, 1992-ci il təvəllüdlü Əhədov Rəhman Azad oğlu və 1992-ci il təvəllüdlü Əsgərov Ehtiram Etibar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

  • Müəllif: Ali
  • Tarix 18-02-2016, 07:16
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 553
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac