dunyatv.az
CANLI YAYIN

Elşad Xose: "Boşanma ərəfəsində Oksana hamilə idi" 22 02 2016

22-02-2016, 13:03


Reper Elşad Xose keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı açıqlamalar verib. 

Axşam.az-ın məlumatına görə, ifaçı "ATV maqazin onlarla" verilişində aparıcının "Ayrılıq ərəfəsində siz valideyn olmağa hazırlaşırdınız.  Amma Oksana övladını itirdi" sözlərinə belə cavab verib:

"Belə bir məsələ var idi. Bu haqda danışmaq istəmirəm. Burada qeyri-adi bir şey yoxdur. Mənə elə gəlir ki, mənim ata olmağım hələ tezdir. Mən hələ böyüməmişəm. Evlənməyimə peşman oldum. Amma sevməyimə yox, o mənim ən yaxşı günlərim idi.

Evlənməkdə "Camaat nə deyər" baxımından bir az tələsdik. Heç Oksananı tanımayanda da mən kağız, möhür həvəskarı olmamışam. Bizim bəlamız ondadır ki, həmişə insanların mövqeyini fikirləşirik. Özünə necə rahatdır, elə yaşa. Düşünmədik ki, alt-üst olanda insanlar nə fikirləşəcəklər".


Oxunub: 757

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.