Körpənin üstünə qaynar su olan termos dağılıb 25 02 2016

 


Şabranda bir yaşlı uşaq qaynar suda yanıb. Hadisə rayonun Şahnəzərli kəndində qeydə alınıb. 21.01.2015-ci il təvəllüdlü Əli Rəşid oğlu Sultanov ağır yanıq xəsarətləri alıb. Ehtiyatsızlıqdan termosdakı qaynar su uşağın üstünə dağılıb. Hadisəyə səbəb valideynlərin ehtiyatsızlığı olub.

O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın travmatologiya şöbəsinin müdiri Ağayar Quliyevin verdiyi məlumata görə, azyaşlıya sol yuxarı ətrafın, döş qəfəsinin ön tərəfinin və qarnın ikinci dərəcəli texniki yanığı diaqnozu qoyulub. Hazırda uşağın vəziyyəti ağırdır.

Bənzər hadisə bir müddət öncə Tovuzda da baş verib. Tovuz rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ardıcıl olaraq iki azyaşlı uşaq yanıq xəsarətləri ilə tibb müəssisəsinə gətirilib.

Onlardan biri Yuxarı Öysüzlü kənd sakini 2014-cü il təvəllüdlü Abdullayev Nazim Ehtiram oğludur. Tovuz rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin rəhbəri Tural Əhmədovun verdiyi məlumata görə, 1 yaşlı uşağın ehtiyatsızlıq nəticəsində qaynar suyu üzərinə aşırması nəticəsində onun üz, boyun, sinə nahiyəsi yanıb.

Tovuzun Qovlar şəhərindən olan digər yanıq xəsarəti alan körpə isə 2015-ci il təvəllüdlü Əsgərov Amil Rəhman oğludur. 10 aylıq körpə də qaynar suyun üstünə tökülməsi səbəbindən yanıb. Qaynar su onun bel və ayaq nahiyəsinə tökülüb.


  • Müəllif: Ali
  • Tarix 25-02-2016, 06:06
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 436
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac