dunyatv.az
CANLI YAYIN

Xalq artisti İlhamə Quliyeva vəfat edib 25 02 2016

25-02-2016, 09:44

 

 Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.

 

Müğənninin ailəsindən APA-ya bildirib ki, xalq artistinin vəziyyəti bu gün səhər qəflətən pisləşib.

 

Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ. Quliyeva dünyasını dəyişib.

 

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakıda anadan olub.

 

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

 

Müğənni Tükəzban İsmayılovanın qızıdır.

 

Allah rəhmət eləsin!


Oxunub: 1 043

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.