Xaçmazda mənzil yandı 26 02 2016

Xaçmazda mənzil yandı 26 02 2016

 

Ötən gecə Xaçmaz rayonunun Müşkür kəndində yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, kənd sakini, 1976-cı il təvəllüdlü Elşən Məmmədova məxsus yaşayış evinin tavanı qəfil alışıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin  yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı yaşayış sahəsinin tavanına və 1 otağına ziyan dəyib. Görülən tədbirlər nəticəsində alov söndürülüb, digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Ev sahibinin sözlərinə görə, yanğın elektrik xətlərindəki qısaqapanma nəticəsində baş verib. 

Yanğının səbəbləri araşdırılır.

 


  • Müəllif: Ali
  • Tarix 26-02-2016, 06:11
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 381
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac