Müğənni Sevda qəza törətdi 27 02 2016

Müğənni Sevda qəza törətdi 27 02 2016

 


Gecə Bakıda xanım sürücü qarşısına çıxan it səbəbindən idarə etdiyi avtomobillə qəzaya düşüb.Anspress-in məlumatına görə, Ziya Bünyadov prospekti ilə hərəkət edən xanım sürücü qarşısına çıxan iti vurmasa da özü ziyana düşüb.

"Chevrolet" markalı maşının sürücüsü Sevda Kazımova 20 Yanvar dairəsi istiqamətində hərəkət etdiyi zaman qarşısına it çıxıb. Heyvanı vurmaq istəməyən sürücü qəfil əyləcdən istifadə edib. İtin həyatını xilas etməyə müvəffəq olan Sevda xanım arxadan gələn "Jeep"in zərbəsinə tuş gəlib.

Maddi ziyanın böyük olduğu qəzanın tək təsəllisi isə insan itkisinin olmamasıdır.

Xanım sürücü yolda əyləcdən istifadə etsə də qəzanın səbəbkarı "Jeep"in sahibi hesab olunur. Çünki yol polisinin yoxlamaları zamanı "Jeep"in sürücüsünün ara məsafəsini düzgün hesablamadığı üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam edir. 

  • Müəllif: Ali
  • Tarix 27-02-2016, 07:24
  • Bölmə: Ana səhifə / Dunyatv / Şou-Biznes
  • Baxılıb: 553
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac