Kürdəmir sakini qaynının evinə 26 dəfə atəş açıb 27 02 2016

 

Kürdəmirdə iki qardaşın güllələnməsi ilə nəticələnən insidentin səbəbi məlum olub.

 

APA-nin yerli bürosunun xəbərinə görə, rayonun Topalhəsənli kənd sakini Məhəmmədəli Abdullayev qaynı Natiq Dəmirovun ad günündə həddindən artıq içkili olmasına baxmayaraq yenə içki istəyib.

 

N. Dəmirov buna etiraz edəndə mübahisə yaranıb.

 

M. Abdullayev evinə gedərək ov tüfəngini götürüb və qaynının həyətinə girərək evin qapısına 26 dəfə atəş açıb.

 

Nəticədə, N. Dəmirov və qardaşı Raqif bədəninin müxtəlif nahiyələrindən güllə yaraları alıblar.

 

Yaralılar dərhal Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Hadisəni törədən M. Abdullayev tutularaq istintaqa təhvil verilib.

 

İlkin dindirmədə M. Abdullayev içkili olduğundan törətdiyi hadisəni xatırlamadığını deyib.

 

Hadisənin dəqiq başvermə səbəbi araşdırılır.

  

  • Müəllif: Ali
  • Tarix 27-02-2016, 07:47
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 325
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac