dunyatv.az
CANLI YAYIN

İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxdı - FOTO 27 02 2016

27-02-2016, 08:24

İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxdı - FOTO 27 02 2016

 

 

Moskvada keçirilən MMA üzrə "Fight Night Global" turnirində "Qəbələ" İdman Klubunun üzvüNəriman Abbasov da iştirak edir.

Milli.Az sport7.az-a istinadən bildirir ki, təmsilçimiz 1/4 finalda rus idmançı Nikolay Qapanovla üz-üzə gəlib.

Döyüş həmyerlimizin qələbəsi ilə  başa çatıb. Qələbə ilə yanaşı, Abbasovun rinqə çıxmamışdan əvvəl atdığı addımı da alqışa layiqdir. Məsələ burasındadır ki, o, rinqə dəvət olunarkən, üzərində "Khojaly Genocide" yazılan formanı geyinib. Döyüş Xocalı faciəsinin 24-cü il dönümünə təsadüf etdiyindən, idmançımız turnirdə iştirak edənlərə 1992-ci il fevralın 26-da yaşanan soyqırımı xatırladıb. İş burasındadır ki, yarışa erməni iştirakçılar da qatılıblar. Nəriman Abbasovdan sonra meydana erməni idmançı çıxıb.

Qaydalara əsasən, idmançıların siyasi şüarlar olan formalardan istifadə etməsi qadağan olunur. Qabaqcadan aşkarlandığı halda, buna icazə verilmir. Ancaq Abbasovla yanaşı, məşqçilər korpusu son anda formalardan istifadə edib və istəklərinə nail olublar.


Oxunub: 774

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.