dunyatv.az
CANLI YAYIN

Temperatur düşəcək, yağış və qar yağacaq 05 03 2016

5-03-2016, 12:14

Temperatur düşəcək, yağış və qar yağacaq 05 03 2016


Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, martın 6 və 7-si gecə və səhər paytaxt və yarımadada şimal-qərb küləyinin güclənəcəyi, 6-sı axşam və 7-si arabir yağış yağacağı ehtimalı var, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.

Azərbaycan rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-da qərb rayonlarından başlayaraq ayın 8-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayın 6-da qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək . 


Oxunub: 585

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.