Goranboyda maskalılar nənə və nəvənin üzünə qaz püskürdərək evi qarət ediblər 09 03 2016

Goranboyda maskalılar nənə və nəvənin üzünə qaz püskürdərək evi qarət ediblər 09 03 2016

 

Goranboyda maskalı şəxslər yaşayış evinə basqın edib.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb. Kənd sakini, 1951-ci il təvəllüdlü Mina Məhərrəmovanın yaşadığı evə  girən 2 maskalı şəxs onun və 2004-cü il təvəllüdlü nəvəsi Nilufərin üzünə qaz püskürdüb, bıçaqla hədələyib və mənzildən 160 manat pul, 1500 manat dəyərində qızıl aparıblar.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Mahmud Xanov və Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Ayaz İsgəndərov tutulublar.  

 

  • Müəllif: Ali
  • Tarix 9-03-2016, 08:48
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 513
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac