Şamaxıda 50 yaşlı kişi çərşənbə tonqalına yıxılaraq ağır yanıq xəsarətləri alıb 09 03 2016

 

Şamaxı rayon sakini ötən gün yel çərşənbəsi ilə əlaqədar yandırılan tonqalın içinə yıxılaraq xəsarət alıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Şamaxı şəhərində qeydə alınıb.

 

Şamaxı şəhər sakini 1966-cı il təvəllüdlü Həsənov Tələt Əli oğlu yaşadığı məhəllədə yandırılan tonqalın üzərindən tullanarkən ayağı yanan oduna ilişdiyi üçün ocağa yıxılıb. Tələt Həsənovun başı daşa dəyib və o huşunu itirib. Ağır kəllə-beyin travması alan Tələt Həsənov təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Onun əllərindən yüngül yanıq xəsarəti aldığı da bildirilir.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   

  • Müəllif: Ali
  • Tarix 9-03-2016, 12:15
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 458
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac