dunyatv.az
CANLI YAYIN

Ankarada partlayış törədən qadın terrorçunun kimliyi müəyyənləşib 14 03 2016

14-03-2016, 11:32

 


 

Ankara terrorunu törədən tələbə qızın fotosu yayılıb.

 

APA-nın "Reuters”ə istinadənə xəbərinə görə, kamikadze-terrorçu 1992-ci ildə Qars şəhərində anadan olub. Balıkəsir Universitetində turizm və otelçilik üzrə təhsil alan Səhər Çağla Dəmir PKK terror təşkilatının üzvüdür. Ailəsi 2013-cü ildə qızın itkin düşməsi barədə polisə müraciət edib. Araşdırma nəticəsində onun PKK silahlılarına qoşularaq, dağa çıxdığı müəyyənləşib. Daha sonra Balıkəsirə qayıdan tələbə qız yaxalanıb və haqqında cinayət işi başlayıb.


Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.

 

İlkin məlumata görə, Səhər Çağla Dəmir və bir kişi terrorçu ilə 5 gün Ankaraya əvvəl gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.

 

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.

 

Xatırladaq ki, bu, son 5 ayda Ankarada törədilən 3-cü partlayışdır. Ötən il oktyabrın 10-da törədilən partlayışda 107, bu il fevralın 17-də törədilən partlayışda isə 29 nəfər ölüb.



Oxunub: 650

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.