dunyatv.az
CANLI YAYIN

Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 16 03 2016

16-03-2016, 07:51

Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 16 03 2016

 

Martın 15-i gündüzdən 16-sı səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Dünyatv.az Apa-ya istinadən xəbər vcerir ki, əvvəlcədən xəbər verildiyi kimi martın 16-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar yağıb, intensiv olub, dağlıq və dağətəyi ərazilərdə isə qar yağıb.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Lənkəran-Astara zonasında 2-19, Lənkəranda və Astarada 25, Böyük Qafqazda 1-16, Mərəzədə 28, Altıağacda 21, Mərkəzi Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-12,  Kiçik Qafqazda 2-8, Naxçıvan MR-da 1-14 mm təşkil edib.

 

Qar örtüyünün hündürlüyü Altıağacda 16, Daşkəsəndə 13 , Ağdərədə 9, Yardımlı, Şamaxıda 7, Sarıbaşda 6, Lerikdə 4, Kəlvəz, Rvarud, Qəbələ, Xınalıqda 3, Mərəzədə 2, Şahbuz, Göygöldə 1, Qubanın dağlıq ərazilərində 1-19, Naxçıvan MR-nın dağlıq ərazilərində 9-22 sm olub.


Oxunub: 1 175

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.