Sabah Azərbaycanda hava küləkli olacaq 23 03 2016

 

Martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Dünyatv.az Apa-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 5-8° isti, gündüz  11-16° isti, Bakıda gecə 6-8° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 %  təşkil edəcək.               

 

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 15-20° isti,  dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti  olacağı gözlənilir.

  • Müəllif: Ali
  • Tarix 23-03-2016, 10:39
  • Bölmə: Ana səhifə, Dunyatv, hava xəbərləri
  • Baxılıb: 274
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 27 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 18 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 19 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 24 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 18 | Şərhlər: 0 | Müəllif: dunya
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Arxiv
Sayğac