Zaqatalada 35 yaşlı qadın dərmandan zəhərlənib 23 03 2016

 

Dünyatv.az Apa-ya istinadən xəbər verir ki, Zaqatala sakini dərmandan zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 22-də axşam saat 19 radələrində Zaqatala şəhərinin  S. Qazıyeva 44 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Gülnarə Əhmədəfəndi qızı Əmirxanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, iki övlad anası olan 35 yaşlı G. Əmirxanova müxtəlif adda 19 ədəd dərman qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən G. Əmirxanovanın hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

  • Müəllif: Ali
  • Tarix 23-03-2016, 11:12
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 986
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac