Azərbaycan məhkəmələrində yenilik var 26 03 2016

Azərbaycan məhkəmələrində yenilik var 26 03 2016

 

Dünyatv.az Milli.az-a istinadən xəbər verir ki, 2015-ci ildə məhkəmə qərarlarında qanunlara və beynəlxalq konvensiyalara istinadların sayı artıb.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri ədliyyə strukturlarında qanunların və konvensiyaların istifadəsinə nail olmaqdır.

E.Səfərov deyib ki, 2015-ci ildə BMT Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Konvensiyasına 10 məhkəmə qərarında istinad edilib: "Məişət zorakılığı haqqında" qanuna isə 4 məhkəmə işində istinad olunub. "Gender bərabərliyinin təminatları haqqında" qanuna 6, Uşaq Hüquqları haqqında Konvensiyaya 3506 məhkəmə qərarında istinad edilib. Bu faktlar onu göstərir ki, məhkəmə qərarlarında həmin qanunun və konvensiyanın istifadəsinə istinad edilir və bu gün həmin qanunlar və konvensiyaların milli qanunvercilikdə icrası həyata keçirilir".

  • Müəllif: Ali
  • Tarix 26-03-2016, 07:19
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 451
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac