Ankarada bir ailə qəzaya düşüb, ana ölüb, ata və 3 uşaq isə ağır yaralanıb 28 03 2016

 

Türkiyənin paytaxtı Ankarada baş verən ağır yol qəzasında ailənin  bir üzvü ölüb, daha  üç üzvü isə yaralanıb.

 

Dünyatv.az APA-ya istinadən xəbər verir ki, qəza Ankara-Samsun magistral yolunda qeydə alınıb.

 

Halil İbrahim İşığın idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Nəticədə sürücünün həyat yoldaşı, 33 yaşlı Leyla İşıq hadisə yerində həyatını itirib.

 

Qəzada xəsarət alan sürücü  və üç uşağı, 8 yaşlı  Sudenur, 13 yaşlı Ümid  və 14 yaşlı Xalit xəstəxanya çatdırılıblar. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. 

  • Müəllif: Ali
  • Tarix 28-03-2016, 06:02
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 352
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac